RU

Ramazan bayramı ərəfəsində xeyriyyə təşəbbüsü » AzadMedia.az


11 mart 2026-cı il tarixində Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və tapşırığına əsasən deputatın nümayəndələri Masallı rayonunun Ətcələr kəndində olublar.

Səfər çərçivəsində kənddə tikintisi davam etdirilən xeyir-şər evində aparılan işlərlə yerində tanışlıq keçirilib. Bildirilib ki, kənd sakinlərinin istifadəsi üçün nəzərdə tutulan mərasim evinin tikintisinin başa çatdırılması və daha sürətlə davam etdirilməsi məqsədilə maddi dəstək göstərilib.

Qeyd olunub ki, Ramazan ayının mənəvi dəyərlərindən irəli gələrək həyata keçirilən bu təşəbbüs Milli Məclisin deputatı Məşhur Məmmədov tərəfindən irəli sürülüb.

Layihənin əsas məqsədi kənd sakinlərinin mərasimlərini daha münasib və rahat şəraitdə keçirmələrinə imkan yaratmaq, eyni zamanda kənddə sosial həmrəyliyi və birlik mühitini daha da gücləndirməkdir.

Kənd sakinləri göstərilən diqqət və dəstəyə görə deputat Məşhur Məmmədova öz minnətdarlıqlarını ifadə edərək, bu cür təşəbbüslərin kənd icması üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.
Избранный
93
1
azadmedia.az

2Источники