"PSJ" yay transfer pəncərəsində Enso Fernandez transferi üçün marağını artırıb.
Offsideplus.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi ilə Avropanın bir neçə top klubu da maraqlanır. Onların arasında "Real Madrid" və "Bayern" də var.
London təmsilçisi argentinalı futbolçunun transferi üçün təxminən 180 milyon funt sterlinq tələb edir.