RU

Bu milli komanda dünya çempionatından çəkildi

Futbol üzrə İran millisi 2026-cı il FIFA Dünya Kubokunda iştirak etməyəcək. Metbuat.az xəbər verir ki, bu barədə İranın Gənclər və İdman Naziri Əhməd Donyamali açıqlama verib. O bildirib ki, ABŞ və İsrailin hücumları səbəbindən İranın milli futbol komandasının ABŞ-də keçiriləcək 2026-cı il FIFA Dünya Kubokunda iştirakı mümkün olmayacaq. Donyamali, “Bu korrupsiyalaşmış dövlətin liderimizi öldürdüyünü nəzərə alsaq, Dünya Kubokunda iştirak etmək üçün heç bir halda lazımi şəraitimizin olmadığı aydındır. Buna görə də, Dünya Kubokunda iştirak etməyimiz mümkün deyil”, - deyə bildirib.

Qeyd edək ki, İran 2026-cı il FIFA Dünya Kuboku üçün Asiya seçmə oyunlarında öz qrupunda birinci yeri tutaraq turnirə birbaşa vəsiqə qazanıb.

Избранный
79
29
metbuat.az

10Источники