RU

Sevindik Hətəmov Navahı qəsəbəsində səyyar qəbul görüş keçirdi FOTOLAR

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, vətəndaşların problemlərinin dinlənilməsi və operativ həlli məqsədilə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən yerlərdə mütəmadi olaraq səyyar qəbul-görüşlər təşkil olunur.Demokrat.az xəbər verir ki, 11 mart 2026-cı il tarixdə növbəti görüş Navahı qəsəbəsində keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Rayon Prokuroru Lalə Hüseynova, Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər.İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə ölkəmizin, o cümlədən Hacıqabul rayonunun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və sosial layihələr barədə ətraflı məlumat vermişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarda aparılan genişmiqyaslı işlərin Hacıqabul rayonunda da öz müsbət nəticələrini verdiyini vurğulanıb.Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmiş, onların qaldırdıqları məsələlərin həlli üçün müvafiq tapşırıqlar verilib. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə müvafiq qurumlara yönləndiriləcək.Sakinlər görüşün səmərəli keçdiyini qeyd etmiş, dövlət rəhbərliyinin diqqət və qayğısını yüksək qiymətləndiriblər. Bu cür səyyar qəbul-görüşlərin əsas məqsədi vətəndaşların dövlət orqanları ilə birbaşa ünsiyyətini təmin etmək, onların gündəlik həyatında qarşılaşdıqları problemlərin operativ həllinə nail olmaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
demokrat.az

1Источники