RU

"Maersk" şirkəti Omanda Salalah limanının fəaliyyətini dayandırıb

"Maersk" şirkəti martın 11-də növbəti bildirişə qədər Salalah (Oman) limanında bütün əməliyyatların dayandırıldığını elan edib.

"Far.Az" xəbər verir ki, bu barədə CNN "Maersk"ə istinadən məlumat yayıb.

Şirkətin məlumatına görə, bu, ümumi yüklər terminalının yaxınlığında baş vermiş hadisə ilə əlaqədardır. Təfərrüatlar açıqlanmır.

"Heyət müəyyən olunmuş təxliyə protokoluna əməl edir, terminal rəhbərliyi isə insanların təhlükəsizliyinin təminatı üçün hakimiyyət orqanları ilə əməkdaşlıq edir. Bütün əməliyyatlar növbəti bildirişə qədər dayandırılıb", - bəyanatda bildirilib.

Daha əvvəl bildirilib ki, Salalah limanındakı neft anbarları zərbə nəticəsində zədələnib. Hadisə zamanı limanda 19 gəmi olub.

Избранный
33
1
far.az

2Источники