RU

Töhmət alan məktəb direktoru işdən ÇIXARILDI - FOTO


Gəncə şəhər 20 nömrəli orta məktəbin direktoru Mehriban Mahmudova tutduğu vəzifədən azad olunub. 
Gender.az Redaktor.Aza istinadla xəbər verir ki, Mehriban Mahmudovanın direktor kimi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi ilə əmək müqaviləsi bitib.
O, direktor işlədiyi müddətdə töhmət aldığı üçün müqavilə yenilənməyib. 
Direktor vəzifəsinin müvəqqəti icrası isə müavinə həvalə edilib.


Избранный
74
8
gender.az

9Источники