RU

Elçibəy buna görə Heydər Əliyevin Qurana əl basıb and içməsini istədi

Mən həmişə həqiqəti demişəm. O dövrdə Qarabağı azad etməyə, qorumağa imkan yox idi. Səbəbini deyim: o hakimiyyətin ömrü yaxşı ki, bir il çəkdi, istiqlaliyyətdən sonrakı hakimiyyəti, Əbülfəz Elçibəyin hakimiyyətini deyirəm. Elçibəy çox təmiz, çox gözəl insan idi. Sadəcə idarəçilik sistemini bacarmırdı.

KONKRET.az xəbər verir ki, bunu Teleqraf-a geniş müsahibəsində Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.
O bildirib ki, Cəbhə hakimiyyətinin təmsilçiləri müəllimlik fəaliyyəti ilə məşğul olduqlarına görə dərs deməyi bacarırdılar, idarəçiliyi isə yox:
BakuPost
“Bəlkə də Əbülfəz Elçibəyin ən gözəl addımı Heydər Əliyevi çağırmaq idi. Əbülfəz mənim ən yaxın dostum olub. Ömrümün axırına qədər onun ailəsi ailəm, övladları övladımdır. Mən onları çox sevirəm. O zaman dövlətimizin daxilində baş verənləri həyəcanla izləyirdik. Cənubdan “Talış respublikası” çıxmışdı, Əli Ansuxski ləzgiləri qaldırmışdı. Mən Ansuxskinin gücünü yaxşı bilirdim.
Ansuxski Moskva ilə danışıqlar aparırdı. Talışlar Moskva və İranla əlaqədə idilər. Qarabağda isə müharibə gedirdi. O zaman Heydər Əliyevi çağırmasaydılar, ola bilsin, bizə təkcə Şirvan qalacaqdı. Mən düzünü deyirəm. Rusiya kimi böyük dövlət regionda nə istəyirdi, edirdi. Çox qarışıq dövr idi. Azərbaycana fikir verən yox idi. Dünya Ukraynaya, Estoniyaya, Latviyaya, Litvaya üstünlük verirdi. Bizə dəstək olanların sayı az, çəkisi kiçik idi.
Belə bir zamanda Naxçıvanda olan Heydər Əliyev Bakıya dəvət edildi. Ondan əvvəl fevralda Əbülfəz Elçibəylə Heydər Əliyev arasında 7 saatlıq müzakirə olmuşdu. Heydər Əliyev Əbülfəz Elçibəyə deyib ki, “mən gəlsəm, vəziyyəti idarə edə və ölkəni saxlaya bilərəm”. Elçibəy Heydər Əliyevdən Qurana əl basaraq söz verməsini istəyib. Deyirlər, Heydər Əliyev ruslarla danışıqlardan sonra hakimiyyətə gəldi, tamamilə yalan məlumatdı. Onda ruslar hakimiyyətə Vaqif Hüseynovu və ya Ayaz Mütəllibovu gətirmək istəyirdilər. Heydər Əliyevdən xoşları gəlmirdi.
Heydər Əliyev Əbülfəz Elçibəyə söz verdiyi kimi dövləti idarə etdi”.
Избранный
47
1
konkret.az

2Источники