RU

Azərbaycan güləşçisi Avropa çempionu oldu - FOTO

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında sərbəst güləş yarışları davam edir.

Azreform.info xəbər verir ki, 92 kiloqramda çıxış edən Azərbaycan təmsilçisi Ali Tsokayev finalda türkiyəli Fatih Altunbaşa tam üstünlüklə (11:0) qəlib gəlib.

Qeyd edək ki, ötən gün Vasif Bağırov (57 kiloqram) ilə Səbuhi Əmiraslanov (79 kiloqram) gümüş, Musa Ağayev (66 kiloqram ), Ramik Heybətov (70 kiloqram) və Zəfər Əliyev (97 kiloqram) isə bürünc medal qazanıblar.

Avropa çempionatına martın 15-də yekun vurulacaq.

Избранный
69
16
azreform.info

10Источники