RU

Tramp Müctəba Xamenei barədə danışmaq istəmədi

ABŞ prezidenti Donald Tramp jurnalistlərin İran rəhbərliyi ilə bağlı sualına cavab verərkən diqqət çəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, jurnalistlər Trampa belə bir sual ünvanlayıblar: "Əgər İranın Ali lideri Ayətullah Əli Xameneinin yerində yenə də onun ailəsindən biri – oğlu Müctəba Xamenei qalarsa, ABŞ bu müharibədə qələbə elan edə bilərmi?"

Tramp isə bu suala cavabında mövzunu şərh etmək istəmədiyini bildirib.

Onun bu reaksiyası müxtəlif şərhlərə səbəb olub. Sosial şəbəkələrdə və bəzi informasiya kanallarında Trampın cavabının Vaşinqtonun İran məsələsində istədiyi nəticəni əldə etmədiyinin göstəricisi kimi qiymətləndirildiyi qeyd olunur.

Bəzi şərhlərə görə, ABŞ-ın regiondakı strategiyası gözlənilən nəticəni verməyib və İran hakimiyyətində dəyişiklik baş verməyəcəyi ehtimalı Vaşinqton üçün arzuolunan ssenari sayılmır.

 

Musavat.com

Избранный
44
musavat.com

1Источники