RU

Daha bir sahibkarın bir milyondan artıq vergi borcu var

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sahibkarlıqla məşğul olan Yusibov İlham Elçin oğlunun rəhbərlik etdiyi şirkətlərə görə külli miqdarda vergi borcu yaranıb. 

Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan İlham Yusibovun 1.148.897,37 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün məhkəməyə müraciət edilib. Onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş olunub.

Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sahibkara borcun ödənilməsinə dair 21 fevral 2022, 4 avqust 2023, 1 mart 2024 və 28 yanvar 2025-ci il tarixli bildirişlər də göndərilib. 

Məhkəminin hökmü ilə 1984-cü ildə Bakı şəhərində anadan olmuş İlham Yusibovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. Sözügedən borcun ödənilməsi üçün sahibkara vaxt qoyulub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
1
avtosfer.az

2Источники