RU

Rusiya İrana dəstək verir



Görünən odur ki, Rusiya İrana açıq olmasa da dəstək verir və bunu İran dolayısı yolla inkar da etmədi. Düşünürəm ki, Rusiya İrana peyk naviqasiyası,silah dəstəyi verməklə ABŞ-a baş ağrısı yaşadır və yaşadacaq. Bununla Amerikanın Ukrayna ilə bağlı etdiklərini, mənim fikrimcə indi Rusiya İran məsələsində edir. Həm silah, həm informasiya, həm naviqasiya və peyk məlumatları verməklə bu mövzunu uzadacaq və Amerikaya problem yaşadacaq. Sonra da eynən Qərbin etdiyi kimi sülh danışıqları görüntüsü yaradıb, sülhpərvər olduğunu göstərmiş olacaq. Qərbin başı İranla məşğulkən Ukrayna mövzusu unuduldu. İndi sakitcə arxa planda Rusiya öz işini görür. Arada Zelenski çıxıb hay küy filan saldıqca Qərb ona : "ə bir bir, sən burdan dızıldıyırsan o biri ordan" deyərək reaksiya vermir. Bu mövzu təxminən 2 ay uzansa, Rusiya böyük ölçüdə Ukraynada öz işini görmüş olacaq. Rusiya İran məsələsində Amerikanın və Qərbin hərbi ehtiyatlarını, enerjisini tükəndirib, öz məsələsində nöqtəni qoyacaq.

Rəşad Quliyev
Избранный
93
1
newscenter.az

2Источники