Yevlaxda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Ölkə.az xəbər verir ki, hadisə rayonun Qaraçılar məhəlləsi adlanan ərazisində qeydə alınıb.
Belə ki, 2023-cü il təvəllüdlü uşaq ərazidən keçən su kanalına düşərək boğulub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.