RU

Zəkiyyə Mustafayeva: Qida Təhlükəsizliyi Agentliyinin xidmətlərinin 83 faizi elektronlaşdırılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 mart, AZƏRTAC

Son illər qida təhlükəsizliyi sahəsində institusional transformasiyanın dərinləşdirilməsi, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) Agentliyin fəaliyyətinin optimallaşdırılması, idarəetmə mexanizmlərinin operativliyinin və səmərəliliyinin yüksəldilməsi, dövlət nəzarətinin gücləndirilməsi, eləcə də sahibkarların işlərinin asanlaşdırılması məqsədilə daim təkmilləşdirilir.

AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva martın 11-də Milli Məclisdə keçirilən “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, aparılan tədbirlər nəticəsində idxal-ixrac prosedurunun bütün əsas mərhələləri artıq elektron müstəviyə keçirilib. Bu istiqamətdə idxal əməliyyatları üzrə 8 növ, ixrac əməliyyatları üzrə isə 4 növ elektron ərizə forması hazırlanaraq istifadəyə verilib.

“Belə ki, sahibkarların müraciətinin təqdim edilməsi, emalı və yekun sənədin təqdim olunması mərhələlərinin hər biri artıq elektron qaydada həyata keçirilir. Agentlik tərəfindən göstərilən xidmətlər üzrə ümumi 66 prosesdən 55-i rəqəmsallaşdırılıb. Hazırda xidmətlər üzrə rəqəmsallaşma 83 faiz təşkil edir. Qeydiyyat üzrə 10 prosesdən 7-si, yerli nəzarət və izlənilmə üzrə 16 prosesdən 11-i, daxili proseslər üzrə 18 prosesdən 15-i rəqəmsallaşdırılıb. Hədəfimiz yaxın gələcəkdə bütün xidmətlərin “myGov” platforması üzərindən həyata keçirilməsidir”, - deyə Zəkiyyə Mustafayeva əlavə edib.

Foto: Aydın Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
2
azertag.az

3Источники