BAKI, 12 mart. TELEQRAF
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha dörd oyunu keçirilib.
Teleqraf xəbər verir ki, günün ilk matçında İngiltərənin “Arsenal” klubu Almaniyada yerli “Bayer Leverkuzen” komandası ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib.
Turnirin son çempionu PSJ Fransada İngiltərə “Çelsi”sinə şans tanımayıb - 5:2.
İspaniya nəhəngi “Real Madrid” evdə İngiltərənin digər komandası “Mançester Siti”ni 3:0 hesabı ilə darmadağın edib.
“Budo/Qlimt” isə Norveçdə Portuqaliya “Sportinq”ini eyni hesabla üstələyib - 3:0.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 17-18 martda keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
11 mart
“Bayer Leverkuzen" (Almaniya) - "Arsenal" (İngiltərə) 1:1
“Budo/Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya) 3:0
PSJ (Fransa) - "Çelsi" (İngiltərə) 4:2
“Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 3:0.