
Regionda gərginliyin artdığı ilk 10 gün ərzində İran ərazisində müxtəlif təyinatlı təxminən 9 min obyekt İsrail və ABŞ-ın bombardmanlarına məruz qalıb.
AFN.az xəbər verir ki, bu rəqəmləri Tehranın meri Əlirza Zakani açıqlayıb. "Müharibənin ilk 10 günündə düşmən ölkə boyu 9 min obyekti atəşə tutub", — deyə Zakani bildirib.
Onun sözlərini İran dövlət televiziyası yayımlayıb. Mer əlavə edib ki, paytaxtda dağıntıların təmizlənməsi istiqamətində artıq genişmiqyaslı işlər aparılıb və bu proses fasiləsiz olaraq davam etdirilir.