RU

Gəncədə HADİSƏ: Oğul atasını güllələdi...

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

“Yeni Sabah” APA-ya istinadla bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, oğul atasını odlu silahla güllələyərək qətlə yetirib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Избранный
49
6
yenisabah.az

10Источники