RU

Küveytə dron hücumu - 2 nəfər yaralanıb

İran Küveytin cənubuna dron hücumu edib.

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Ətvan bu barədə məlumat yayıb.

Məlumata görə, Küveytin cənubunda binaya pilotsuz təyyarənin zərbəsi nəticəsində iki nəfər yaralanıb.

Yaralılar müalicə üçün xəstəxanaya aparılıb, hədəfə alınan binaya ziyan dəyib. Binanın sakinlərinin təxliyə edildiyi və binadakı yanğının söndürüldüyünü bildirib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
29
missiya.az

1Источники