Ağsuda yarımtikililərdən birində meyit tapılıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə martın 11-də saat 12:50 radələrində qeydə alınıb.
Rayon sakini Turab Həsən oğlu Səmidovun meyiti Xurşudbanu Natəvan küçəsində yerləşən yarımtikilidə aşkar olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"