RU

Dövlət qurumu Hadrutda 4 milyon manatlıq inzibati bina tikdirəcək - TENDER

Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi (VÖEN – 1401033061) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xocavənd rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Hadrut qəsəbəsində 4 çıxışlı inzibati binasının tikintisidir. Ehtimal olunan qiymət 3 886 140 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 17 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 1 000 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs: Süleymanzadə Səxavət - Müqavilə və satınalmalar sektorunun müdiri
[email protected]
+994 12 512 30 20

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 17 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 69 ünvanına təqdim edə bilərlər.

Избранный
55
fed.az

1Источники