RU

Əliyev neftin bahalaşmasından danışdı - "Yüksək qiymətlər neft hasil edən ölkələrin xeyrinə deyil"

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Dövlət başçısı bununla bağlı deyib:

“Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”.

İş elanları AzVak.az-da

Избранный
64
40
marja.az

10Источники