RU

Azərbaycanın stolüstü tennisçiləri Berlin turnirində iki medal qazanıblar - FOTO

Azərbaycan stolüstü tennisçiləri Onur Quluzadə və Ələkbər Mirzəliyev Almaniyanın paytaxtı Berlində təşkil olunan “WTT Youth Contender” turnirində uğurla çıxış ediblər.

İdman.Biz xəbər verir ki, oğlanlardan ibarət millinin baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata sahib çıxıb.

O.Quluzadə U-15, Ə.Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.

Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət heyət Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.

İdman.Biz
Избранный
89
4
idman.biz

10Источники