RU

"Bayern"in ulduzundan şok qərar: 25 yaşında karyerasını başa vura bilər

“Bayern”in müdafiəçisi Alfonso Devis karyerasını erkən başa vura bilər.

Publika.az xəbər verir ki, bu barədə “TopSkills Sports UK” nəşri məlumat yayıb.

Kanadalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində “Atalanta”ya qarşı keçirilən və Münhen klubunun 6:1 hesablı qələbəsi ilə başa çatan oyunda aldığı zədədən sonra karyerasını bitirmək variantını ciddi şəkildə nəzərdən keçirir.

Bildirilir ki, Devis budun arxa səthinin əzələsində yırtıq alıb. “Bayern” rəhbərliyi isə futbolçunu bu qərardan çəkindirməyə çalışır.

Əgər futbolçu buna baxmayaraq karyerasını başa vurmaq qərarı versə, Münhen klubu onun komandaya sədaqətini nəzərə alaraq xüsusi vəzifə təklif etməyə hazırdır.

Избранный
75
publika.az

1Источники