RU

BƏƏ sahillərində konteyner gəmisinə hücum olub

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliyinin sahilləri yaxınlığında konteynerdaşıyan gəmi hücuma məruz qalıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirliyinin Cəbəl Əli şəhərindən 35 dəniz milişimalda gəmiyə naməlum mərmi dəyib və nəticədə göyərtədə kiçikyanğın meydana gəlib.

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO)bütün heyət üzvlərinin sağ-salamat olduğu bildirib. Ətraf-mühitəhər hansı ziyanın dəyməsi ilə bağlı məlumat daxil olmayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Избранный
51
az.trend.az

1Источники