RU

“CSG Group” və “Polska Grupa Zbrojeniowa” müdafiə sənayesində əməkdaşlığı genişləndirir

“CSG Group” (Çexiya) və “Polska Grupa Zbrojeniowa” (Polşa) şirkətləri sənaye, texnoloji və biznes əməkdaşlığının daha da dərinləşdirilməsi üçün əsas yaradan çərçivə tərəfdaşlıq sazişi imzalayıblar.

“Poliqon” “CSG Group”a istinadən xəbər verir ki, saziş yeni nəsil pilotsuz sistemlər və raketlər üçün mühərriklərin hazırlanması və istehsalı, sursat sektoru, eləcə də müasir quru platformaları daxil olmaqla birgə inkişaf və istehsal layihələri üçün baza yaradır.

Sənəd həmçinin Avropa İttifaqı və NATO çərçivəsində həyata keçirilən müdafiə proqramlarında birgə iştirak imkanını açır.

Избранный
48
poliqon.az

1Источники