RU

Rusiya Azərbaycan vasitəsilə İrana dərman göndərəcək

Rusiya Fövqəladə Hallar Nazirliyi Azərbaycan ərazisi vasitəsilə İrana dərman preparatları göndərəcək. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in Mətbuat xidmətindən bildirilib.

“Rusiya Prezidenti Vladimir Putinin göstərişinə uyğun olaraq və Rusiya FHN-in rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə qurumun aviasiyası vasitəsilə dərman preparatlarının sonradan İran hökumətinin səlahiyyətli nümayəndələrinə ötürülməsi üçün Azərbaycana çatdırılması təşkil ediləcək”, - məlumatda deyilir. 

Ümumilikdə, humanitar yardım qismində 13 ton dərman preparatının çatdırılacağı bildirilir.

"Cebheinfo.az"

Избранный
9
1
cebheinfo.az

2Источники