RU

ZİL sürücüsü narkotikin təsiri altında SAXLANILDI Ekologiya postunda FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayon sakini Ramil Bünyatov idarə etdiyi “ZİL” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən xəbərə görə, sürücünün davranış və hərəkətlərinin qeyri-adekvat olması YPX əməkdaşlarında şübhə doğurduğundan o, tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə zamanı Ramil Bünyatov müxtəlif yollarla tibbi müayinədən yayınmağa cəhd göstərsə də, aparılmış müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Törətdiyi qanun pozuntuları ilə bağlı R.Bünyatov barəsində inzibati tənbeh tədbirləri görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bildirib ki, alkoqol sərxoşluğu və ya narkotik, eləcə də digər psixotrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən şəxslər yol hərəkəti üçün ciddi təhlükə mənbəyidir. Bu kimi kobud qayda pozuntularına qarşı nəzarət tədbirləri davam etdirilir və belə hallara yol verən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq qətiyyətli tədbirlərin görülməsi bundan sonra da təmin ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
8
avtosfer.az

10Источники