RU

Paşinyan Qarabağa görə qəzəbləndi: Vensə hədiyyə verib, onu qovdum!

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Hökumət və baş nazir deyir ki, Qarabağ hərəkatı yoxdur. Amma bir dövlət məmuru ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensə Qarabağ mövzusunda kitab hədiyyə edib, mən bunu təxribatçı addım hesab edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Həmin şəxs Soyqırımı Muzey-İnstitutunun direktorudur. Onun istefa verməsini tələb etmişəm”, – Paşinyan bildirib.

Qeyd edək ki, sözügedən institutun direktoru Edita Qzoyandır. O, ABŞ-ın vitse-prezidenti Ceym Devid Vensin İrəvana səfəri çərçivəsində qondarma “soyqırım” memorialını ziyarət edərkən Qarabağ erməniləri mövzusunu qaldırıb və ABŞ rəsmisinə “artsax” haqqında kitablar təqdim edib.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
globalinfo.az

2Источники