İraqın bütün neft limanları fəaliyyətini dayandırıb. Bu barədə qərar Bəsrə yaxınlığındakı iki tankerə hücum edildikdən sonra verilib. Ticarət limanları isə işini davam etdirir.
Xezerxeber.az İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bunu İraqın “Baş Liman Şirkəti”nin direktoru Fərhan əl-Fərtusi deyib.
Əl-Fərtusi açıqlamasında qeyd edib ki, SOMO neft marketinq şirkətinə məxsus və Marşal adaları bayrağı altında üzən tanker və Malta bayrağı altında üzən kiçik tanker İraq sahillərindən təxminən 30 mil uzaqda hədəfə alınıb.
Qeyd etmək lazımdır ki, İraq regiondakı müharibədən ən çox zərər çəkən ölkələrdəndir. Belə ki, İraq neftinin çoxu Hörmüz boğazı vasitəsilə ixrac olunur.