“Karvan-Yevlax”ın üç futbolçusu milli komandaya dəvət olunub.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Samuel Durant Şri-Lanka, Joy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi milli komandasına çağırılıb.
Qeyd edək ki, “Karvan-Yevlax” turnir cədvəlində səkkiz xalla on ikincidir.