RU

“QHT lərlə dövlət əməkdaşlığında yeni mərhələ başlanır”

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Son illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aparılan institusional dəyişikliklər yeni mərhələyə daxil olur. Bu dəyişikliklər yalnız qeyri-hökumət təşkilatlarının fəaliyyət imkanlarının genişlənməsi ilə bağlı deyil, daha çox dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin yeni məzmun qazanması ilə əlaqədardır”.

Gununsesi.info bildirir ki, bu fikirləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib:

“Bu kontekstdə Prezidentin 29 dekabr 2025-ci il tarixli fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və dövlət qurumlarının QHT-lərlə əməkdaşlıq mexanizmlərinin “bir pəncərə” prinsipi əsasında koordinasiyası mühüm institusional addım kimi qiymətləndirilə bilər. Bu qərar sadəcə texniki idarəetmə dəyişiklikləri ilə məhdudlaşmır,  əslində vətəndaş cəmiyyətinin dövlət siyasətində rolunun daha sistemli şəkildə müəyyənləşdirilməsinə yönəlmiş addımdır.

Azərbaycanın QHT sektoru postsovet məkanında bir çox ölkələrdə olduğu kimi mürəkkəb və mərhələli inkişaf yolu keçib. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində vətəndaş cəmiyyəti institutları əsasən beynəlxalq donor təşkilatlarının maliyyə dəstəyi ilə fəaliyyət göstərirdi. Bu dövr daha çox QHT-lərin formalaşması və institusional strukturunun qurulması mərhələsi kimi xarakterizə oluna bilər.

2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə isə yeni mərhələ başladı. Dövlətin vətəndaş cəmiyyətinə maliyyə dəstəyi mexanizmi həmin dövrdə QHT-lərin institusional imkanlarının genişlənməsinə və sosial layihələrin artmasına mühüm təsir göstərdi. Bir çox sosial sahələrdə – maarifləndirmə, sosial xidmətlər, regional təşəbbüslər və gənclərlə iş istiqamətlərində – yüzlərlə layihə həyata keçirildi.

Lakin zaman keçdikcə başqa bir məsələ də aydın görünməyə başladı,  QHT-lərlə əməkdaşlıq müxtəlif dövlət qurumları tərəfindən ayrı-ayrı mexanizmlərlə həyata keçirilirdi. Bu isə koordinasiya baxımından müəyyən çətinliklər yaradır və bəzən layihə istiqamətlərində təkrarçılığa səbəb olurdu”.

O qeyd edib ki, yeni mexanizm məhz bu problemi aradan qaldırmağa yönəlib:

“Hazırkı vəziyyətdə QHT-lərə dövlət büdcəsindən qrant vəsaitləri bir sıra nazirliklər, dövlət komitələri, agentliklər və fondlar tərəfindən ayrılır. Yeni modelə əsasən isə bu proseslərin koordinasiyası vahid sistem üzərindən – QHT Agentliyinin iştirakı ilə həyata keçiriləcək.

Bu yanaşma bir neçə mühüm nəticə verə bilər.  Birincisi, dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı daha sistemli xarakter alacaq və müxtəlif qurumların eyni mövzuda paralel layihələr maliyyələşdirməsi kimi halların qarşısı alınacaq.

İkincisi, QHT layihələri üzrə vahid məlumat bazasının formalaşması mümkün olacaq. Bu isə vətəndaş cəmiyyəti sektorunun real təsirinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Üçüncüsü, layihələrin mövzuları dövlət siyasətinin prioritet istiqamətləri ilə daha dəqiq uzlaşdırılacaq”.

Afət

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
36
5
icma.az

6Источники