RU

Hesab 3:2 olana qədər hələ oyunda idik Çelsi nin baş məşqçisi

ain.az, Fanat portalına istinadən məlumat verir.

"Çelsi"nin baş məşqçisi Liam Rosenyor Çempionlar Liqasının 1/8 finalında PSJ ilə səfər oyunu (2:5) barədə danışıb.

Fanat.Az xəbər verir ki, "TNT Sports" ingiltərəli mütəxəssisin fikirlərini belə təqdim edib:

"Biz oyuna düzgün reaksiya vermədik. Hesab 3:2 olanda hələ oyunda idik. Sonra Xviça Kvaratsxeliya inanılmaz bir zərbə vurdu və hər şey bitdi. Halbuki, buna qədər 3:3 etməyə yaxın idik. Həmin anda soyuqqanlılığımızı itirdik. Onlar bizim təzyiqimizi qırdılar və beşinci qolu vurdular. Bundan sonra geri qayıtmaq çox çətindir. 

Mən məsuliyyəti öz üzərimə götürürəm. Uduzduğumuza görə məsuliyyət daşıyıram. Bunu həzm etmək üçün çox vaxtımız yoxdur. İşə qayıtmalı, gələn həftə "Nyukasl" və daha sonra PSJ ilə cavab oyununa hazırlaşmalıyıq. Səhvlər həmişə özünəinamdan məhrum edir, amma bizim çox yaxşı komandamız var". 

Qeyd edək ki, PSJ ilə "Çelsi" arasında cavab oyunu martın 17-də keçiriləcək. 

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
fanat.az

2Источники