RU

FHN-in nümayəndə heyəti Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi ilə görüşdü

Martın 11-də Cenevrədə səfərdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi Ərgüc Kələntərli arasında görüş olub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təşkilatın qərargahında baş tutan görüşdə nümayəndə heyətinin rəhbəri - Nazirliyin Baş hərbi eksperti general-mayor Fərhad Səmədov və FHN-in digər məsul şəxsləri iştirak ediblər.

Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə BMMT arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə mülki müdafiə, fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq, belə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

Избранный
3
7
publika.az

8Источники