RU

"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"

style='margin-bottom:10px;'>

"Real"ın qapıçısı Tibo Kurtua komandanın sabiq baş məşqçisi Xabi Alonso haqda danışıb.

QOL.az xəbər verir ki, 33 yaşlı qolkiper futbolçuların mütəxəssis ilə heç bir münaqişəsinin olmadığını bildirib: 

"Oyunçulardan heç biri Xabi Alonsonu məyus etməyib. Düşünürəm ki, birlikdə yaxşı iş gördük. Bəziləri taktikadan, video təhlildən nifrət etdiyimizi deyirdi... Vaxtilə məşqçim gündə 1 saat taktika üzərində işləyən Antonio Konte olub. Mən buna etiraz etməmişdim, çünki biz peşəkarıq və iş mənim üçün prioritetdir.

Düşünürəm ki, Xabi ilə ilk bir neçə ay çox yaxşı keçdi, amma sonra işlər pisləşməyə başladı. Bu, futboldur. Mətbuatda bəzi şeyləri oxudum və dedim: 'Aman Tanrı". Siz bu klubun uşaq bağçası olduğunu və istədiyimizi etdiyimizi düşünürsünüz, amma bu doğru deyil. Biz bütün məşqçilərə, tibb işçilərinə - ümumiyyətlə hər kəsə hörmətlə yanaşırıq. Düşünürəm ki, tənqidlərin çoxu ədalətsizdir".

Xatırladaq ki, Xabi Alonso yanvar ayında "Rea"ın baş məşqçisi vəzifəsindən ayrılıb və Alvaro Arbeloa onun yerinə təyin edilib.

Избранный
42
1
teleqraf.com

3Источники