RU

Deputat: Ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsasını humanizm prinsipi təşkil edir

Yazını böyüt
Yazını kiçilt

“Humanitar dəyərlərin müəyyən mənada kölgədə qaldığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü ən nəcib və təqdirəlayiq addımlardan biri kimi qiymətləndirilməlidir”.

Bunu Hafta.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

O, İlham Əliyevlə Məsud Pezeşkian arasında baş tutan telefon danışığına diqqət çəkərək, bu danışıq zamanı müzakirə olunan məsələlərdən birinin də məhz Azərbaycanın qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsinə dəstək məqsədilə İrana humanitar yardım göndərəcəyi ilə bağlı olub.

“Mətbuatda yer alan məlumatlara görə, artıq həmin humanitar yardım qonşu ölkəyə çatdırılıb. Əgər bu təşəbbüsə XXI əsrdə dövlətlərarası münasibətlərdə müşahidə olunan gərginlik və artan aqressivlik fonunda baxsaq, belə humanitar addımların beynəlxalq ictimaiyyət üçün nümunə xarakteri daşıdığını görərik. Əslində, bu cür humanitar missiya ilə çıxış etmək və onu həyata keçirmək Azərbaycan Prezidenti üçün ilk təşəbbüs deyil”, - deputat bilirib.

M.İbrahimqızı bu gün həm Prezident, həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən humanitar layihələrin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini deyib:

“Biz bunun şahidini dəfələrlə olmuşuq. Məsələn, COVID-19 pandemiyası dövründə Azərbaycanın 80-dən çox ölkəyə humanitar yardım göstərməsi bunun ən bariz nümunələrindən biridir və bu addım beynəlxalq səviyyədə yüksək dəyərləndirilmişdir. Birmənalı şəkildə demək olar ki, Azərbaycan dövlətinin və ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin əsasını humanizm prinsipi təşkil edir”.

Tahirə Qafarlı

Избранный
20
hafta.az

1Источники