RU

İctimai TV dən Balakişi Qasımovun vəzifədən gedəcəyi ilə bağlı iddialara Cavab

ain.az, Olay.az portalına istinadən məlumat yayır.

İctimai TV telekanalın rəhbəri Balakişi Qasımovun vəzifəsi ilə vidalaşacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Bu barədə OLAY-a İTV-nin mətbuat xidmətindən bildirilib:

“İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin mayın sonunda keçiriləcək. Baş direktor yalnız seçkinin nəticəsində müəyyən olunacaq”.

Qeyd edək ki, mətbuat.az-da yer alan məlumata görə, Balakişi Qasımovun səlahiyyət müddəti mayda başa çatacaq. Bununla əlaqədar olaraq mayın sonuna kimi İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının iclası keçiriləcək. İclasın gündəliyinə yeni baş direktorun seçilməsi ilə bağlı məsələnin də daxil edilməsi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
35
1
olay.az

2Источники