BAKI, 12 mart. TELEQRAF
İsrail müdafiə naziri İsrael Kats orduya Livanda genişmiqyaslı hərbi əməliyyata hazırlaşmaq əmri verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Müdafiə Nazirliyinin iclasında bildirib.
“Baş nazir və mən İsrail Müdafiə Qüvvələrinə Livanda əməliyyatı genişləndirməyə hazırlaşmaq əmri verdik”, - müdafiə naziri deyib.
Kats həmçinin Livan rəhbərliyinə xəbərdarlıq edib: “Ərazilərinizə nəzarət edə və “Hizbullah” təhdidi və İsrail ərazisinin atəşə tutulmasının qarşısını ala bilməsəniz, İsrail həmin ərazini ələ keçirəcək və bu məsələləri təkbaşına həll edəcək”.