RU

“Bakı belə çətin dövrdə düşüncə və dialoq məkanına çevrilir” Latviya rəsmisi

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu forumda iştirak etdiyimə görə çox məmnunam. Xüsusilə belə çətin və qarışıq dövrlərdə çox sayda insanın bir araya gələrək dünyamızı necə daha təhlükəsiz edə biləcəyimizi və bəzən öz iradəmizdən asılı olmayaraq qarşılaşdığımız problemləri necə həll edə biləcəyimizi müzakirə etməsi çox vacibdir”.

Bu fikirləri Latviyanın sabiq xarici işlər və müdafiə naziri, həmçinin keçmiş baş nazir müavini Artis Pabriks XIII Qlobal Bakı Forumu çərçivəsində SİA-ya açıqlamasında səsləndirib.

O bildirib ki, hazırda dünyada gərginliklər artmaqdadır: “Bildiyimiz kimi, yaxın bölgələrdə – İranda və Ukraynada müharibə gedir. Bu baxımdan hesab edirəm ki, Bakının belə bir şəraitdə düşüncə və intellekt adası kimi çıxış etməsi, müxtəlif insanların burada toplaşaraq bəlkə də daha yaxşı həll yolları tapması olduqca vacibdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
34
1
sia.az

2Источники