RU

15 nəfərə ömürlük həbs cəzası verildi Məhkəmə yekunlaşdı

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada “Krokus Siti Holl” konsert zalına qarşı törədilən terror aktı işi üzrə 15 nəfər ömürlük həbs cəzası alıb. Həmçinin, dörd nəfərə 19 il 11 ay ilə 22 il 6 ay arasında həbs cəzaları verilib.

Ömürlük cəzaya məhkum edilənlər arasında dörd Tәcikistan vətəndaşı var - Şamsidin Fəriduni, Dalerjon Mirzoyev, Məhəmmədsobir Fəyzov və Saidokrami Rəcəbəlizadə. Onlar “Vilayət Xorasan” terror təşkilatının Əfqanıstan bölməsi ilə əlaqələndirilir və birbaşa terror aktını icra edənlər hesab olunurlar.

Bundan əlavə, Şahromjon Qadoyev, Zubaydullo İsmayılov, Xüseyn Həmidov, Məhəmməd Şəripzadə, Yaqubjon Yusufzadə, Nəzirimad Lütfulla, Cümahon Qurbanov, Xusen Medov, Cəbrayıl Auşev, Umecion və Mustakim Soliyev də ömürlük həbs cəzasına məhkum ediliblər.

Alışer Qasımov 22 il 6 ay, Dilovar İslamov, onun atası İsroil və qardaşı Aminçon isə 19 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Noyabr 2024-cü ildə İslamovlar və Qasımovlar barəsində ittiham dəyişdirilərək terror fəaliyyətinə kömək etmə maddəsi üzrə təkrar nəzərdən keçirilib. İttihama görə, İslamovlar ailəsi “Krokus”a gedən terrorçuların avtomobilinə sahib olub və onları polisə təhvil veriblər. Qasımov isə onların istifadəsi üçün mənzil kirayələyib, amma planlardan xəbərsiz olub.

Məlumatlara görə, Qırğızıstan əsilli Alışer Qasımov 2014-cü ilə qədər həmin ölkənin vətəndaşı olub, daha sonra vətəndaşlığı ləğv edərək Rusiya pasportu alıb. Bu iş Rusiya hüquq-mühafizə orqanları tərəfindən ölkədə təhlükəsizliyin təmin edilməsi və terror fəaliyyətinə qarşı ciddi addım kimi qiymətləndirilir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
azpolitika.info

1Источники