RU

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

Proqram 100 tələbə qızın sahibkarlıq və liderlik bacarıqlarının inkişafına töhfə verəcək

Azercell-in dəstəyi ilə həyata keçirilən “FutureFem 2.0 - Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib. Layihə Azercell-in qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş “Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur.  “FutureFem 2.0” layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart-may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.

Layihənin sonunda keçiriləcək “FutureFem Challenge” mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.

Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır. 

“FutureFem 2.0” layihəsinin açılış mərasimi keçirilib

“FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib. Layihə Azercellin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. 

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi Azercellin “Həyatı daha dolğun edirik: qadınlara dəstək” proqramı çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir. 

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan bəhs edib. O, çıxışında son illərdə həyata keçirilən STEAM və digər innovativ təhsil təşəbbüsləri nəticəsində qızların məktəbli yaşlarından etibarən elm, texnologiya və innovasiya sahələrinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. 

Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elm və innovasiyalar üzrə prorektoru, dosent Elviz İsmayılov çıxış edərək Azərbaycan qadınlarının elm və innovasiya sahəsində əldə etdiyi nailiyyətlərə toxunub, gənc qadınların bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib. 

Tədbirdə çıxış edən “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Nemət Rzayev təşkilatın gənclərlə iş və könüllülük sahəsində əldə etdiyi təcrübədən bəhs edib. O, son illər ərzində həyata keçirilən layihələr nəticəsində təşkilatın müxtəlif istiqamətlərdə formalaşan müsbət imicini qeyd edib və layihənin reallaşmasına göstərilən dəstəyə görə tərəfdaşlara təşəkkürünü bildirib. 

Görüşün davamında layihə rəhbəri Rufiz Qulizadə “FutureFem 2.0” layihəsi haqqında təqdimatla çıxış edərək proqramın məqsədləri, mərhələləri və iştirakçılar üçün nəzərdə tutulmuş inkişaf imkanları barədə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. 

Qeyd edək ki, “FutureFem 2.0” layihəsi mart–may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qadını əhatə edir. Layihə çərçivəsində iştirakçılar sahibkarlıq, innovasiya və liderlik istiqamətlərində təlimlərə cəlb olunacaq, mentorluq proqramlarında iştirak edəcək və proqramın sonunda keçiriləcək FutureFem Challenge mərhələsində öz innovativ ideyalarını ekspertlər qarşısında təqdim edəcəklər. 

Görüşdə layihə iştirakçıları ilə yanaşı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşları, Azercell şirkətinin nümayəndələri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rəhbərliyi və professor-müəllim heyəti, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. 

Layihənin əsas məqsədi gənc qadınların sahibkarlıq və innovasiya potensialını inkişaf etdirmək, onların liderlik bacarıqlarını gücləndirmək və gələcək təşəbbüslər üçün dayanıqlı inkişaf platforması formalaşdırmaqdır.

Attachment

Избранный
59
16
musavat.com

10Источники