Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanda bu həftə həyata keçirdiyiaviareyd zamanı "Hizbullah" təşkilatının raket bölməsində komandirvəzifəsini tutan İranın İslam İnqilabı Keşikçiləri Korpusunun(SEPAH) üzvünü zərərsizləşdirib.
Trend xəbər verirki, bu barədə IDF-in mətbuat xidməti "X" sosial şəbəkə hesabındaməlumat və əməliyyatdan görüntü paylaşıb.
IDF bildirir ki, Əbu Dharr Mohammədi "Hizbullah"la İran hökumətiarasında hərbi əlaqələndirmənin mərkəzi fiquru olub və"Hizbullah"ın strateji silahlarına cavabdeh olan məsul komandirolub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğubildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.