RU

İstintaq təcridxanasında 17 ay ərzində 120 kitab oxudu

Qohumlarını və dostlarını zəhərləməkdə ittiham olunan Balaşixa (Moskva vilayəti) sakini Artem Missyura istintaq təcridxanasında təxminən 120 kitab oxuyub.

Herbiand.az bildirir ki, bu barədə Mash Telegram kanalı məlumat verib.

Məlumata görə, Artem bu qədər əsəri oxumaq üçün 17 ay vaxt sərf edib. O, xüsusilə Fyodor Dostoyevski, Erix Mariya Remark, Oskar Uayld, Paulo Koelyo, Oliver Saksın əsərlərini, eləcə də dini ədəbiyyatı çox bəyənib.

O, məhkəmə təcridxanasında dörd nəfərlik kamerada saxlanılır. Otaq yoldaşları ilə birlikdə səhər saat 10-a qədər yatmağı və sonra başqa şeylərlə məşğul olmağı üstün tutur: səhər yeməyi, gigiyena, dua, yemək bişirmək və gəzintiyə çıxmaq. Balaşixa sakini boş vaxtını idmanla məşğul olmağa və kitab oxumağa sərf edir.

Ailəsi ilə birtərəfli əlaqə saxlayır - elektron məktublar göndərir.

Bəxtiyar CƏFƏRLİ

Избранный
51
herbiand.az

1Источники