RU

“Mançester Yunayted”in istədiyi “İnter”li

“Mançester Yunayted” heyətini gücləndirmək məqsədilə transfer bazarında hərəkətə keçib.

Msport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas hədəfi “İnter”in müdafiəçisi Federiko Dimarkodur.

Klub sol cinah müdafiəsini gücləndirmək üçün 28 yaşlı futbolçuya 60 milyon avro təklif etməyə hazırdır. Cari mövsümdə İtaliya klubunun heyətində bütün turnirlər daxil olmaqla 36 rəsmi oyuna çıxan Dimarko 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Избранный
13
3
msport.az

4Источники