RU

Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub - Hikmət Hacıyev

Hazırkı dövrdə bəzi çoxtərəfli institutların qeyri-müəyyənliyi və çevik olmamasının müşahidə edildiyi bir vaxtda Azərbaycan kimi ölkələr daha geniş “orta güc” konsepsiyasına yönəlir.

“İki sahil” xəbər verir ki, bu sözləri XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Böhran içində çoxtərəflilik: Qlobal əməkdaşlığa yenidən baxış" mövzulunda panel iclasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentinin köməkçisinin sözlərinə görə, bu o deməkdir ki, biz başqalarını gözləmək əvəzinə, öz təşəbbüsümüzü irəli sürürük və müəyyən mövzular ətrafında fərqli düşüncəli deyil, eyni baxışları paylaşan ölkələri bir araya gətirərək real nəticələr əldə etməyə çalışırıq.

H.Hacıyev, eyni zamanda, qeyd edib ki, Azərbaycan sülh və təhlükəsizlik sahəsində özünəməxsus model ortaya qoyub. “Biz uzunmüddətli münaqişəni hərbi və siyasi vasitələrin kombinasiyası ilə həll etdik və bunun nəticəsində hazırda regionda faktiki sülh mövcuddur. Həm Ermənistan, həm də Azərbaycan gələcək sülh gündəliyinin necə gücləndiriləcəyi ilə bağlı parametrlər üzərində işləyir”, - deyə o əlavə edib.

Избранный
37
7
ikisahil.az

8Источники