RU

Niyə “Mart çıxdı, dərd çıxdı” deyirlər? - SƏBƏB

"Mart çıxdı, dərt çıxdı" - bu ifadə xalq arasında tez-tez işlədilən deyimlərdən biridir. Bəziləri bunu zarafatla desə də, digərləri mart ayının müxtəlif inanclarla bağlı olduğunu düşünür.

Day.Az xəbər verir ki, bəzi vətəndaşların fikrincə, mart ayında havanın tez-tez dəyişməsi müxtəlif xəstəliklərin artmasına səbəb olur. Onların sözlərinə görə, bir gün havanın isti, digər gün isə soyuq olması insan sağlamlığına təsir göstərir və xüsusilə həssas insanlar bu dəyişiklikləri daha çox hiss edirlər.

Digər tərəfdən, mart ayı bayramlarla zəngin olduğuna görə ailə büdcəsinə də müəyyən təsir göstərir. Vətəndaşlar bildirirlər ki, bu ayda xərclər artır və buna görə də "Mart çıxdı, dərt çıxdı" deyimi bəzən məhz bu vəziyyəti ifadə etmək üçün işlədilir.

Folklorşünas Şakir Albalıyev Xəzər Xəbər-ə bildirir ki, xalq arasında mart ayı ilə bağlı müxtəlif deyimlər və inanclar mövcuddur. Onun sözlərinə görə, qışın sonuncu ayı fevral hesab olunsa da, martın 20-nə qədər olan dövr də qış fəslinə aid edilir.

"Xalq təqviminə görə fevralın 20-dən martın 20-dək olan dövrə 'boz ay' deyilir. Boz ay 'alaçalpoğ' ay kimi də tanınır. Bu ifadə havanın qeyri-sabit, dəyişkən olmasını ifadə edir", - deyə o qeyd edib.

Elcan Turan
Day.Az

Избранный
31
day.az

1Источники