RU

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri üçün Mentorluq Proqramına başlanılıb

Bakı, 12 mart, AZƏRTAC

Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri mentorlar tərəfindən təqdim olunan 1 illik fərdi inkişaf planının icrasına başlayıblar.

Bu barədə AZƏRTAC-a “Yüksəliş” müsabiqəsinin işçi qrupundan məlumat verilib. Bildirilib ki, müsabiqənin işçi qrupu tərəfindən mentorlar və qaliblər arasında bölgü aparılıb və proqramın icrasına başlanılıb. Müsabiqə qaydalarına əsasən, 20 qalib bir il müddətində Mentorluq Proqramında iştirak edəcək, ölkənin müxtəlif sahələrini təmsil edən idarəçi rəhbərlərin təcrübəsindən yararlanmaq imkanı əldə edəcək. Proqram çərçivəsində hər bir qalib üç fərqli idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını sistemli şəkildə inkişaf etdirəcək. Mentorluq Proqramı üzrə bölgüsü ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi üzrə müraciətlər aprelin 16-dək davam edəcək. Qeydiyyat “Yüksəliş” müsabiqəsinin rəsmi internet səhifəsi olan “yukselish.az” vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Избранный
21
azertag.az

1Источники