RU

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

ain.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaşöhrətli türk rəssamı və arxeoloqu Osman Həmdi Bəyin mühüm əsərlərindən biri olan “Məscid qapısında” tablosu 131 ildən sonra ilk dəfə hərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, əsər martın 25-də "Bonhams" hərrac evinin London şəhərində təşkil edəcəyi “19. əsr rəsmləri və İngilis impressionist sənəti” adlı satışda təqdim olunacaq.

Tablo üçün müəyyən edilən ilkin qiymət 2–3 milyon funt sterlinq aralığındadır. "Bonhams" hərrac evinin XIX əsr rəsmləri üzrə direktoru Çarlz Obrayan 208 × 109 santimetr ölçüsündə olan əsəri “həm miqyas, həm də detallar baxımından möhtəşəm” adlandırıb. Onun sözlərinə görə, əsər “müasir küçə sənətinin XV əsr Osmanlı məscidinin memarlıq xüsusiyyətləri ilə birləşməsinin mükəmməl nümunəsidir”.

1842–1910-cu illərdə yaşamış Osman Həmdi Bəy bu tablonu 1891-ci ildə tamamlayıb. Əsər 1895-ci ildə birbaşa rəssamın özündən Pensilvaniya Universiteti tərəfindən satın alınıb və o vaxtdan bəri satışa çıxarılmayıb.

Tabloda Muradiyə məscidinin əsas giriş qapısı təsvir edilir.

Qeyd edək ki, rəssamın uzun müddət itmiş hesab olunan “Qəhvə hazırlamaq” adlı tablosu ötən ilin aprelində keçirilən hərracda 1 milyon funt sterlinqdən artıq qiymətə satılmışdı. Bundan əvvəl isə 2019-cu ildə "Bonhams" onun "Gənc qadın kitab oxuyarkən" əsərini 6,6 milyon funt sterlinqə sataraq sənətçinin hərrac rekordunu müəyyən etmişdi.

Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

Həyatın hökmü - Knut Hamsunun hekayəsi

AMEA-nın iclasında yatan alimlər - Fotolent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
kulis.az

2Источники