2025-ci ildə Azərbaycanda ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin ümumi məbləği 99,1 milyard manat olub.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 26 % çoxdur.
Hesabat dövründə ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 3,4 faiz bəndi artaraq 67,6 % olub. İl ərzində POS-terminallar vasitəsilə aparılan hər 2 təmassız ödənişdən 1-i "ağıllı cihaz"lar vasitəsilə həyata keçirilib.