RU

İmmuniteti gücləndirən zəncəfil və limon qarışığı

ain.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Zəncəfil və limondan hazırlanan təbii qarışım immunitet sistemini gücləndirməyə kömək edən faydalı içkilərdən hesab olunur.

Turkustan.az bildirir ki, xüsusilə soyuq aylarda bu qarışım orqanizmin xəstəliklərə qarşı müqavimətini artırmağa kömək edə bilər.

Zəncəfil güclü iltihabəleyhinə xüsusiyyətə malikdir və müxtəlif sağlamlıq problemlərinin yüngülləşməsinə dəstək ola bilər. Bu bitki immun sistemini gücləndirən və orqanizmi xəstəliklərə qarşı qoruyan təbii vasitələrdən biri hesab olunur.

Qarışımı hazırlamaq üçün təzə zəncəfil doğranaraq su ilə blenderdə püre halına gətirilir və süzülərək zəncəfil suyu əldə edilir. Daha sonra bu sudan bir xörək qaşığı bir stəkan içməli suya əlavə edilir və üzərinə bir qədər limon suyu qatılır. İstəyə görə qarışım bal ilə şirinləşdirilə bilər.

Hazırlanan zəncəfil-limon qarışımının bir sıra faydaları olduğu qeyd olunur. Bu içki orqanizmdə iltihabın azalmasına kömək edir, ağrıların yüngülləşməsinə dəstək olur, immuniteti gücləndirir və bədənin daha enerjili olmasına kömək edə bilər. Həmçinin diqqət və konsentrasiyanın artmasına da müsbət təsir göstərdiyi bildirilir. /Pravda.az/

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
3
icma.az

4Источники