RU

Real Madrid əfsanəsinin 28 illik rekordu qırıldı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Real Madrid"in gənc istedadı Tyaqo Pitariç klubun tarixinə adını yazdırmağa nail olub.

Oxu.Az xəbər verir ki, o, Çempionlar Liqasının pley-off mərhələsində "Kral Klubu"nun start heyətində meydana çıxan ən gənc ispaniyalı futbolçu statusuna sahiblənib.

"Mançester Siti"yə qarşı keçirilən həlledici matçda ilk 11-likdə yer alan Tyaqonun yaşı cəmi 18 il 220 gün olub.

Xatırladaq ki, bundan əvvəlki tarixi rekord əfsanəvi Raul Qonzalesə məxsus idi. O, 1996-cı ildə, 18 yaş 248 günlük olarkən Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Yuventus"la qarşılaşmada start heyətində yer almışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
70
1
oxu.az

2Источники