Premyer Liqanın 24-cü turu bəzi məşqçi və futbolçular üçün tamaşa meydanı olacaq.
Altı nəfər növbəti turun görüşlərini kənardan izləyəcək.
Hər nə qədər qəribə görünsə də, cəzalanan şəxslərin arasında məşqçilər futbolçuları üstələyir.
Belə ki, 6 nəfərdən 4-ü məşqçi, 2-si futbolçudur.
Məşqçilər “Qarabağ”lılar Müşfiq Hüseynovla Zaur Tağızadə, “Sabah”dan Valerio Zuddas, “Neftçi”li Dmitri Kara-Mustafadır.
“İmişli”nin müdafiəçisi Ronaldo de Souza ilə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mustafa Əhmədzadə sarı vərəqə limitini doldurduqları üçün oyunları tribunadan izləyəcəklər.
Martın 13-də “Araz-Naxçıvan” – “Karvan-Yevlax”, “Sumqayıt” – “Şamaxı”, ertəsi “İmişli” – “Sabah”, “Zirə” – “Qarabağ”, martın 15-də “Kəpəz” – “Turan Tovuz”, “Qəbələ” – “Neftçi” görüşləri baş tutacaq.
HƏBİB